Azərbaycan paytaxtında silahlı basqın zamanı istifadə olunan oğurluq avtomobil tapılıb

azerbaycan paytaxtinda silahli basqin zamani istifade olunan ogurluq avtomobil tapilib
Bakı. Hacı Zeynalov - APA. Bu gecə Bakı şəhərində Binəqədi rayonu, Naxçıvani küçəsi 38 saylı binanın qarşısında valyutadəyişmə məntəqəsinin sahibi Ruslan İsmayıl oğlu Qasımova silahlı basqın edən şəxslərin tutulması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Hələlik faktla bağlı saxlanılan olmayıb. Binəqədi Rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, basqınçıların hadisə yerinə gəldikləri “Mercedes” markalı 10 KX 584 markalı avtomobil Nəsimi rayonu ərazisində yerləşən “Tərgül” restoranının qarşısında tapılıb. Müəyyən edilib ki, cinayətdə istifadə olunan avtomobil bir müddət əvvəl oğurlanıb və Nərimanov RPİ tərəfindən axtarışda olub. Hazırda cinayəti törədən şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı Cinayət Məcəlləsinin 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.4-cü (quldurluq yolu ilə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq etməklə törədildikdə), 182-ci (hədə qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanılıb.

Hücuma məruz qalan şəxsin “Bank of Baku”nun Binəqədi Rayon filialının əməkdaşı olduğu barədə yayılan məlumat təsdiqlənməyib. “Bank of Baku”nun Maliyyə Departamentinin rəhbəri Fərid Əlizadə APA-ya Ruslan Qasımovun bankın əməkdaşı olmadığını deyib. “Royal Bank of Baku”dan da APA-ya bankda R. Qasımov adlı şəxsin işləmədiyi bildirilib.

Qeyd edək ki, valyutadəyişmə məntəqəsinin sahibi R. Qasımov avqustun 6-da naməlum şəxslərin hücumuna məruz qalıb. Naməlum şəxslər onu “TT” markalı tapança ilə hədələyərək, R. Qasımova məxsus “BMW” markalı avtomobildən külli miqdarda pul oğurlayıblar.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qeyri hokumet teskilatlarina dovlet desteyi surasinin 10 illik yubileyi munasibetile tedbir kecirilib
    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 ill...
  • azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib
    Azərbaycan prezidenti AİB İdarə Heyəti Şurası üzvlərini qəbu...
azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267