Azərbaycan paytaxtında yanacaq daşıyan maşında nasazlıq baş verib, çəndəki benzin ətrafa axıb - YENİLƏNİB

Bakı. Hafiz Heydərov, Elbrus Seyfullayev - APA. Azərbaycan paytaxtında yanacaq daşıyan maşında nasazlıq yaranıb.
Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətindən (DYMX) APA-ya verilən məlumata görə, hadisə paytaxtın 3-cü mikrorayon dairəsi ərazisində, Yavər Həsənov küçəsində baş verib. Sürücü Vüqar İsayevin idarə etdiyi, “ABU Petrol”a məxsus “KamAZ” markalı avtomobildə nasazlıq yaranması nəticəsində təxminən 5-6 litr benzin yerə axıb. Yaranmış vəziyyətlə əlaqədar ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, hadisə yerinə dərhal FHN DYMX-nin yanğın söndürən briqadası gəlib.
APA-nın hadisə yerində olan əməkdaşının xəbərinə görə, yanğın baş verməməsi üçün ətrafa xüsusi maddə tökülüb. FHN əməkdaşları heç bir təhlükə olmadığını bildiriblər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:43 15 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qerb bolgesine yagan yagis fesadlar yaradib
    Qərb bölgəsinə yağan yağış fəsadlar yaradıb
  • dunya kuboku fransa milli komandasina teqdim edilib
    Dünya kuboku Fransa milli komandasına təqdim edilib
dunya kuboku fransa milli komandasina teqdim edilib dunya kuboku fransa milli komandasina teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 16 İyul, 2018

USD
1.7
 
EUR
1.9817
 
RR
0.0273