Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinin baxışına təqdim olunan işlərin sayı iki dəfə azalıb

azerbaycandan avropa insan haqlari mehkemesinin baxisina teqdim olunan islerin sayi iki defe azalib
Strasburq. Aleksandr Kin-APA. 2008-ci ildə Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) baxışına təqdim olunan işlərin sayı iki dəfə azalıb.
APA-nın Strasburqdakı xüsusi müxbirinin verdiyi məlumata görə, bu rəqəmlər Avropa İnsan Haqları Məhkəməsinin bu gün yayımlanan illik hesabatında əksini tapıb. Hesabatda bildirilir ki, ümumilikdə 2008-ci ildə Azərbaycandan AİHM-in baxışına 334 iş təqdim olunub ki, bu da bir il əvvəlki rəqəmdən (708) 374 iş azdır. Azərbaycan əhalinin hər 10 min nəfərinə nisbətdə Avropa İnsan Haqları Məhkəməsinə təqdim olunan işlərin sayına görə (0,39) MDB məkanında sonuncu yerlərdən birini tutur.

2008-ci ildə Azərbaycan vətəndaşları tərəfindən Avropa Məhkəməyə edilən 253 müraciət məhkəmə baxışı üçün əsassız sayılıb, 37 müraciət baxılmaq üçün Azərbaycan hökumətinə göndərilib, 9 müraciət isə baxılaraq təmin olunub. Təmin olunan müraciətlərdən 7-də ən azı bir hüquqi xəta aşkarlanıb. Təmin olunan müraciətlər əsasən ədalətli mühakimə hüququnun təmin olunmaması, sərbəst toplaşmaq hüququnun, söz azadlığının və mülkiyyət hüququnun pozulması, məhkəmədə effektiv müdafiənin təmin olunmaması ilə bağlıdır.

Qeyd edək ki, hazırda Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycandan daxil olan 1051 müraciət var.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerin 100 illiyi ile bagli herbi mahnilardan ibaret konsert kecirilib
    Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı hərbi mahnılardan ib...
  • bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib
    Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azər...
bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267