Azərbaycandan Gürcüstana xam neft aparan qatar aşıb - FOTOSESSİYA

Hacıqabul. Əlibəy Zeynalov – APA. Bakıdan Batumiyə xam neft aparan qatar Hacıqabul rayonu ərazisində aşıb. APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, qəza bu gün saat 5.00 radələrində Hacıqabul dəmiryolu stansiyasının ərazisində baş verib.
“Azpetrol” şirkətinə məxsus 35 vaqondan ibarət qatarın 4 vaqonu relsdən çıxıb, 2 vaqon aşıb. Aşan vaqonlardan birindən ətrafa təxminən 4-5 ton xam neft axıb. Hazırda ətrafa dağılmış xam neft sorularaq, digər vaqonlara vurulur.

Hacıqabul dəmiryolu stansiyasının rəisi Rafiq Qafarov APA-nın yerli bürosuna bildirib ki, qəzanın nəticələri aradan qaldırılır, artıq 2 vaqon relsə qoyulub, qalan 2 vaqonun da qoyulması üçün lazımi tədbirlər görülür. Stansiya rəisi qəzanın baş verdiyi yolda hərəkətin dayandırıldığını, bununla belə, sərnişin, eləcə də yük qatarlarının ehtiyat yoldan istifadə etdiyini bildirib: “Ərazidə qatarların hərəkəti dayanmayıb, qəzanın nəticələrinin aradan qaldırılacağı müddətdə ehtiyat yoldan istifadə olunacaq”.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Qəzanın səbəbləri araşdırılır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sirvan milli parkinin erazisinde raketler askarlanib
    Şirvan Milli Parkının ərazisində raketlər aşkarlanıb
  • astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib
    Astarada narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər...
astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272