Azərbaycanın hüquq müdafiəçisi avtomobil qəzasına düşüb

azerbaycanin huquq mudafiecisi avtomobil qezasina dusub
Bakı. Hafiz Heydərov - APA. Demokratiya və İnsan Haqları Komitəsinin sədri Çingiz Qənizadə avtomobil qəzasına düşüb.
Bu barədə APA-ya məlumat verən Ç. Qənizadə hadisənin Nərimanov metrosunun yaxınlığında, Fətəli xan Xoyski küçəsində baş verdiyini bildirib. Ç. Qənizadənin idarə etdiyi “Mercedes” markalı, 10 UU 550 dövlət nömrə nişanlı avtomobili işıqforda dayandığı vaxt eyni markalı, 10 SS 608 dövlət nömrə nişanlı avtomobil arxadan vurub.

Ç. Qənizadənin maşını zərbənin təsirindən yolun əks istiqamətində hərəkət edən “VAZ-2107” markalı avtomobilə dəyib. Nəticədə xəsarət alan olmasa da, hər üçü 3 maşın ciddi zədələnib. Maşınına təxminən 7000 manat məbləğində ziyan dəydiyini qeyd edən Ç. Qənizadə qəzanı törədən şəxsin dəymiş ziyanı ödəyəcəyinə söz verdiyini bildirib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerin 100 illiyi ile bagli herbi mahnilardan ibaret konsert kecirilib
    Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı hərbi mahnılardan ib...
  • bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib
    Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azər...
bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267