Azərbaycanın Masallı rayonunda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib

azerbaycanin masalli rayonunda bir ailenin 6 uzvu dem qazindan zeherlenib
Masallı. Ağəddin Babayev - APA. Azərbaycanın Masallı rayonunda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib. APA-nın cənub bürosunun məlumatına görə, bu gün səhər saat 5.30-da onlar dəm qazından zəhərlənmə diaqnozu ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər.
Hadisə rayonun Həsənli kəndində baş verib. Ailənin başçısı, 1974-cü il təvəllüdlü Bəxtiyar Hüseynovun sözlərinə görə, yaşadıqları kənddə elektrik enerjisinin verilişində tez-tez fasilələr yarandığından o, yanvarın 31-də bazardan elektrik generatoru alıb. Saat 23.00-da işıqlar yenə sönüb. B. Hüseynov evin zirzəmisində yerləşdirdiyi generatoru işə salaraq televizora baxmağa başlayıb. Gecə saat 4.00 radələrində kəskin iy hiss edən B. Hüseynov ailə üzvlərinin yatdığı otağa keçib. O, otağa girəndə ailə üzvlərinin hamısının yarıölü vəziyyətdə olduğunu görüb. B. Hüseynov qonşusuna zəng edib. Dərhal köməyə gələn qonşu ailənin bütün üzvlərini xəstəxanaya çatdırıb. Məlum olub ki, generator düzgün quraşdırılmadığından ayrılan dəm qazı üstdəki otağa dolub və yatılı vəziyyətdə olan ailə üzvlərini zəhərləyib.

Masallı MRX-nın baş həkimi Cəlil Nəzərov APA-nın cənub bürosuna bildirib ki, B. Hüseynov və həyat yoldaşı, 1974-cü il təvəllüdlü Səfaqət Hüseynzadənin vəziyyəti kafi, B. Hüseynovun anası, 1943-cü il təvəllüdlü Zeynəb Məmmədovanın, oğlu, 2000-ci il təvəllüdlü İlkinin, qızları - 2002-ci il təvəllüdlü Zeynəb və 2003-cü il təvəllüdlü İlkanənin vəziyyəti isə orta-ağırdır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerin 100 illiyi ile bagli herbi mahnilardan ibaret konsert kecirilib
    Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı hərbi mahnılardan ib...
  • bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib
    Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azər...
bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267