Azərbaycanın Qobustan rayonunda 75 yaşlı 9 uşaq atası arvadının başını kəsib

azerbaycanin qobustan rayonunda 75 yasli 9 usaq atasi arvadinin basini kesib
Bakı. Hafiz Heydərov - APA. Azərbaycanın Qobustan rayonunda 9 uşaq atası arvadının başını kəsib. Qobustan rayon Polis Şöbəsinin rəisi Şahin Bəbirovun APA-ya verdiyi məlumata görə, hadisə rayonun Cəyirli kəndində baş verib.
Kənd sakini, 75 yaşlı Həsən Əlabbas oğlu Hüseynov 72 yaşlı həyat yoldaşı İmmili Əhmədpaşa qızı Hüseynovanın başına üz dəfə çəkiclə vurub. Qadın huşunu itirəndən sonra H. Hüseynov onun başını kəsib.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. H. Hüseynov artıq həbs edilib. Faktla bağlı Qobustan RPŞ-də Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • dgk ile ask arasinda emekdasliq memorandumu imzalanib
    DGK ilə ASK arasında əməkdaşlıq memorandumu imzalanıb
  • qusarda findiq bagi yanib
    Qusarda fındıq bağı yanıb
qusarda findiq bagi yanib qusarda findiq bagi yanib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267