Bakıda boya sexində baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

bakida boya sexinde bas vermis yangin sondurulub yenilenib

Bakıda boya sexində baş vermiş yanğın söndürülüb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Binəqədi rayonunda ümumi sahəsi 1700 m² olan boya istehsalı sexinin ərazisinə yığılmış 174 ədəd (hər birinin həcmi 200 litr) olan boya çəlləklərinin 104 ədədi, sexin tavanına vurulmuş şüşə-pambıq üzlüyü 750 m², 2-ci mərtəbəsində sahəsi 60 m² olan 1 otağın yanar konstruksiyaları və içərisinə yığılmış 2 ədəd (həcmi 3 m³) alkid və 1 ədəd (həcmi 5 m³) olan sintetik tiner məhlulu çəlləkləri, 2 ədəd dəzgah və 3 ədəd avtokarın təkərləri yanıb.

 

Sexin qalan hissəsi və digər çəlləklər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

***

 

16:06

 

Bakı şəhəri, Binəqədi rayonu ərazisində boya sexində yanğın baş verib.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir.

 

Yanğın məhdudlaşdırılıb.

 

Ətraf ərazilərə təhlükə yoxdur.

 

Əlavə məlumat veriləcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:02 22 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda efqan sehidlerin mezarlari dagilib
    Azərbaycanda əfqan şəhidlərin məzarları dağılıb
  • mektebi yuksek qiymetlerle bitirmis sagirdler ucun mezun gecesi kecirilib
    Məktəbi yüksək qiymətlərlə bitirmiş şagirdlər üçün məzun gec...
mektebi yuksek qiymetlerle bitirmis sagirdler ucun mezun gecesi kecirilib mektebi yuksek qiymetlerle bitirmis sagirdler ucun mezun gecesi kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267