Dünya şöhrətli Azərbaycan müğənnisi Müslüm Maqomayevlə vida mərasimi başa çatıb, cənazə Fəxri Xiyabana yola salınıb

dunya sohretli azerbaycan mugennisi muslum maqomayevle vida merasimi basa catib cenaze fexri xiyabana yola salinib
Bakı. Ülkər Qasımova - APA. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında saat 15.00-da dünya şöhrətli müğənni, SSRİ xalq artisti Müslüm Maqomayevlə vida mərasiminin rəsmi hissəsi başlayıb.
APA-nın xəbərinə görə, rəsmi hissədə Azərbaycan prezidenti İlham Əliyev və onun xanımı Mehriban Əliyeva da iştirak edib. Rəsmi hissəni Azərbaycan baş nazirinin müavini səlahiyyətlərini icra edən Elçin Əfəndiyev açıb. O, Müslüm Maqomayevin dünyanın hər yerində tanındığını qeyd edib. Dünən onunla Moskvada keçirilən vida mərasimində heyrətə gəldiyini bildirən E. Əfəndiyev deyib ki, ən kasıb Rusiya vətəndaşları belə, Müslüm Maqomayevlə vidalaşmağa gəliblər.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Müslüm Maqomayevin fenomen olduğunu bildirib: “Müslüm Maqomayev əvəz olunmazdır”.

Kinorejissor, xalq artisti Eldar Quliyev çıxışında yaxın dostu olan Müslüm Maqomayevə “Əlvida” deməyin çətin olduğunu bildirib.

Rusiya Federasiyası İctimai Palatasının sədri Leonid Roşal Müslüm Maqomayevin Moskvada dəfn olunmasını istədiyini qeyd edib: “Heç olmasa, tez-tez onun qəbrini ziyarət edə bilərdim”.

Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Müslüm Maqomayevlə yaxın dost olduqlarını qeyd edərək dost itkisinin onun üçün çox çətin olduğunu bildirib.

Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdko da mərasimdə çıxış edib.

Saat 15.35-də Müslüm Maqomayevin “Azərbaycan“ mahnısının və zaldakıların alqış sədaları altında vida mərasimi başa çatıb. Müslüm Maqomayevin cənazəsi Filarmoniyadan qaldırılaraq, Fəxri Xiyabana yola salınıb.

Müslümsevərlər dahi sənətkarı son mənzilə yola salmaq üçün Fəxri Xiyabana üz tutublar.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
Video
10:10 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • haciqabulda yol qezasinda surucu olub 6 yasli ovladi xesaret alib
    Hacıqabulda yol qəzasında sürücü ölüb, 6 yaşlı övladı xəsarə...
  • azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler
    Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ...
azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272