Ermənistan Silahlı Qüvvələrinin törətdiyi cinayət əməlləri ilə bağlı 279 təqsirləndirilən şəxs barəsində İnterpol vasitəsilə axtarış elan edilib

ermenistan silahli quvvelerinin toretdiyi cinayet emelleri ile bagli 279 teqsirlendirilen sexs baresinde interpol vasitesile axtaris elan edilib
Bakı-APA. Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri ilə bağlı üzrə 279 təqsirləndirilən şəxs barəsində İnterpol vasitəsilə axtarış elan edilib.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev prokurorluqda keçirilən kollegiya iclasında bildirib. X. Vəliyev Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri ilə bağlı aparılan istintaq barədə məlumat verərək bildirib ki, həmin cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırıma görə məsuliyyəti nəzərdə tutan 103-cü və digər maddələrinə tövsif edilib, iş üzrə 279 təqsirləndirilən şəxs barəsində İnterpol vasitəsilə axtarış elan edilib. Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xacmazda 3 masin toqqusub olen ve xesaret alan var foto
    Xaçmazda 3 maşın toqquşub, ölən və xəsarət alan var - FOTO...
  • turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində ...
turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267