Hacı Qamət Süleymanov radikal dini qruplaşma üzvlərinin məhkəməsində ifadə verib

haci qamet suleymanov radikal dini qruplasma uzvlerinin mehkemesinde ifade verib
Bakı. Ramil Məmmədli - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədovun və digər 19 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA-nın məlumatına görə, hakim İslam Neymanovun sədrliyi ilə günün birinci yarısında keçirilən prosesdə hərbçilər dindirildiyi üçün proses qapalı keçirilib.
Günün ikinci yarısında keçirilən prosesdə isə şahid qismində Nərimanov rayon Dindarları Dini İcmasının sədri Hacı Qamət Süleymanov ifadə verib. O, bildirib ki, təqsirləndirilən şəxslərlə heç bir əlaqəsi olmayıb: “Ümumilikdə isə bu insanlarla fikir ayrılığım var”.
İcma sədri təqsirləndirilən Hacıbala Hüseynovun barəsində eşitdiyini də deyib: “Bizim bu müsəlmanlarla fikir ayrılığımız hakimiyyət məsələsidir. Yəni Allahın hökmünə hökm verməkdir. Hökm Allahındır. Biz deyirik ki, yaşadığımız yerdə qanun İslam dininə müxalif deyilsə, ona tabe olmalıyıq. İslama müxalif qanunlardan isə çəkinməliyik”.
Sonra proses hakimlərin, prokurorun və təqsirləndirilən şəxslərin Q. Süleymanova ünvanladıqları suallarla davam etdirilib. Q. Süleymanov deyib ki, təqsirləndirilən şəxslərin əməlləri İslam dininə xətadır: “İslamda cihad var. Amma bunun şərtləri də var. Cihad üçün zərurət olduğu halda rəhbər, dövlət başçısı qərar verməlidir. Kim cihad eləmək istəyirsə, Qarabağda hərbi əməliyyatların başlanmasını gözləməlidir”.
Q. Süleymanov onu da deyib ki, qeyri-müsəlmanlar kafirdirlər. Amma onlara münasibət normal olmalıdır.

Daha sonra prosesdə şahid qismində təqsirləndirilən şəxsləri İsmayıllıdan öz avtomobilində Bakıya gətirən taksi sürücüsü Elnur Qurbanov, Sumqayıtda dini toyların video çəkilişini aparan Elçin Əvəzov və dəstə üzvləri arasında “Ömər” ləqəbi ilə tanınan Zaman Piriyev ifadə verib. Zaman Piriyev təqsirləndirilən Hacıbala Hüseynovu tanıdığını və onun inanclı insan olduğunu deyib. O, deyib ki, bu insan inancına görə saxlanılıb.
Şahidin fikri hakimlər və prokuror tərəfindən etirazla qarşılanıb. Bu məqamla bağlı mübahisə yaranıb. Prokuror Oruc Cəlilov isə təqsirləndirilən şəxslərin bəzilərini populistlik etməkdə günahlandırıb.
Məhkəmədə həmçinin Kamran Əsədov və İlkin İsmayılovun Qobustan həbsxanasında görüşməsi ilə bağlı həbsxananın nəzarətçisi Cümşüd Xankişiyev və 13 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi İlqar Sadıqov ifadə veriblər.
Daha sonra hakim Nərimanov rayon Dindarları Dini İcmasının sədr müavini Əlixan Musayevin prosesə səhhəti ilə bağlı gələ bilməməsi barədə teleqramı təqdim edib. Bundan sonra prosesdə fasilə yaranıb.
Fasilədən sonra məhkəmə iclası qapalı keçirilib.
Məhkəmə prosesi fevralın 3-də davam etdiriləcək
Qeyd edək ki, təqsirləndirilən şəxslər - Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Elşən Məmmədov, Kamran Babayev, Samir Mehbalıyev, Tərlan Kərimov, Edqar Əliyev, Ramil Kərimov, Şirvani Babayev, Samir Əliyev, Yaşar Məhərrəmov, Orxan Əlizadə, Hacıbala Hüseynov, Azər İbadov, Şəhriyar Məhərrəmov, Ramin Cəlilov, Rövşən Əbdüləliyev, İlkin İsmayılov və Vüqar Əliyev dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı “LUKoyl” yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunurlar.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • dgk ile ask arasinda emekdasliq memorandumu imzalanib
    DGK ilə ASK arasında əməkdaşlıq memorandumu imzalanıb
  • qusarda findiq bagi yanib
    Qusarda fındıq bağı yanıb
qusarda findiq bagi yanib qusarda findiq bagi yanib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267