Həbsdə olan Qənimət və Sakit Zahidov qardaşları atalarının yas mərasimində iştirak edirlər

hebsde olan qenimet ve sakit zahidov qardaslari atalarinin yas merasiminde istirak edirler
Bakı-APA. “Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahid və onun qardaşı Mirzə Sakitin atalarının yas mərasimində iştirak etməsinə icazə verilib.
“Azadlıq” qəzetinin baş redaktoru Azər Əhmədov APA-ya deyib ki, Qənimət və Sakit Zahidov qardaşları bu gün saat 06.00 radələrində ata evlərinin yerləşdiyi Şamaxının Meysəri kəndinə gətiriliblər. Onlar bu gün günün ikinci yarısına qədər yas mərasimində iştirak edəcəklər.

Zahidov qardaşları Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşlarının nəzarəti altında yasa aparılıblar.

Qeyd edək ki, dekabrın 1-də Zahidov qardaşlarının atası Səlim Zahidov dünyasını dəyişib. Onların anaları Xədicə Zahidova övladlarının dəfndə iştirakına şərait yaradılması xahişi ilə ədliyyə naziri Fikrət Məmmədova müraciət edib. Müraciətə müsbət cavab verilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qeyri hokumet teskilatlarina dovlet desteyi surasinin 10 illik yubileyi munasibetile tedbir kecirilib
    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 ill...
  • azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib
    Azərbaycan prezidenti AİB İdarə Heyəti Şurası üzvlərini qəbu...
azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267