Həyat yoldaşını öldürməkdə, ögey oğlunu əcnəbilərə satmaqda təqsirləndirilən sabiq hərbçi məhkəmədə ifadə verməkdən imtina edib

Bakı. Hafiz Heydərov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əmir Bayramovun sədrliyi ilə həyat yoldaşını öldürməkdə, azyaşlı ögey oğlunu əcnəbilərə satmaqda təqsirləndirilən sabiq hərbçi Andrey Ağayevin cinayət işi ilə bağlı növbəti məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttiham aktına görə, hazırda təqaüddə olan hərbçi, Bakı şəhər sakini Andrey Ağayev həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirib, sonra ögey oğlu, 2003-cü il təvəllüdlü Osyanin Nikolay Oleqoviçi xarici ölkə vətəndaşına satmaq istəyib. A. Ağayev uşağı əcnəbiyə satmaq istəyərkən cinayət başında yaxalanıb. A. Ağayev məhkəmədə ifadə verməkdən imtina edib. O, dövlət ittihamçısının suallarına cavab olaraq özünü qismən təqsirkar saydığını deyib. A. Ağayev həyat yoldaşının ölümündə təqsirkar olmadığını, onun yıxılaraq öldüyünü bildirib. Məhkəmə prosesi oktyabrın 13-nə təxirə salınıb.
Qeyd edək ki, A. Ağayevə Azərbaycan Cinayət Məcəlləsinin 144-1.3-cü (insan alveri) və 126.3-cü (qəsdən bədənə ağır xəsarət yetirmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddələri ilə ittiham olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qeyri hokumet teskilatlarina dovlet desteyi surasinin 10 illik yubileyi munasibetile tedbir kecirilib
    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 ill...
  • azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib
    Azərbaycan prezidenti AİB İdarə Heyəti Şurası üzvlərini qəbu...
azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267