İmişlidə çaydan pasportu tapılan vətəndaş: "Ümid edirik ki, aidiyyəti qurumlar bunu araşdıracaq"

imislide caydan pasportu tapilan vetendas umid edirik ki aidiyyeti qurumlar bunu arasdiracaq

İmişlidə çaydan pasportu tapılan vətəndaşlardan biri hadisəyə münasibət bildirib.

 

Balakən rayon sakini İlahə Orucova (Ustayeva) APA-ya bildirib ki, ona məxsus ümumvətəndaş pasportunun İmişlidə tapılmasından narahatlıq keçirib: “Mənə məxsus həmin pasportun vaxtı bitib və etibarsızdır. 2015-ci ildə ASAN Xidmət mərkəzi Balakəndə səyyar xidmət göstərirdi. Həmin tarixdə mən bu fürsətdən itifadə edib ümumvətəndaş pasportumu dəyişmişəm. Necə ola bilər ki, təhvil verdiyim pasport İmişlidə tapılsın? Ümid edirik ki, aidiyyəti qurumlar bunu araşdıracaq”.

 

Qeyd edək ki, iyunun 12-də İmişli rayonunun Sarıxanlı kəndində yeniyetmələr Araz çayının qolu olan Boztəpə çayında çimərkən sellofan torbada Azərbaycan vətəndaşlarına məxsus 56 ədəd ümumvətəndaş pasportu tapıblar. Pasportlar əsasən Şəki, Zaqatala və Balakən sakinlərinə məxsusdur.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya bildirib ki, tapılan  sənədlərin vaxtı bitib, tam fəaliyyətsizləşdirilib və şəxsin əsas məlumatları olan səhifələri məhv edilib.

 

"Təlimata uyğun olaraq, həmin sənədlərin yandırılaraq məhv edilməsi əvəzinə, hansısa səhlənkar və məsuliyyətsiz şəxs tərəfindən su kanalına atılması ehtimal edilir.

 

Hazırda bununla bağlı müvafiq araşdırmalar aparılır", - deyə E. Zahidov bildirib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerin 100 illiyi ile bagli herbi mahnilardan ibaret konsert kecirilib
    Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı hərbi mahnılardan ib...
  • bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib
    Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azər...
bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267