Keçmiş polis zabitinin cinayət işi üzrə məhkəmə başlayıb

Bakı. Ramil Məmmədli – APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçmiş polis zabiti Adilşah Hacıyevin cinayət işi üzrə məhkəmə baxışı keçirilib. APA-nın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Sonra zərərçəkmiş və şahid ifadələri dinlənilib.
Məhkəmə prosesi yanvarın 9-a qədər təxirə salınıb.
Qeyd edək ki, Qubanın Digah kənd sakini, təqaüddə olan polis zabiti Adilşah Hacıyev 2008-ci ilin iyunun 12-də münaqişə zamanı həyat yoldaşını və qayınanasını ov tüfəngi ilə qətlə yetirib. İttihama görə, isə A. Paşayevin həyat yoldaşı Mətanət Hacıyeva ərindən öz qohumuna vermək üçün müəyyən məbləğdə pul tələb edib. Onların arasında yaranan münaqişə zamanı Mətanətin anası Raziyyə Hacıyeva müdaxilə edib və A. Hacıyevi təhqir edib.
A. Hacıyev Cinayət Məcəlləsinin 120.2. 4-cü (xüsusi amansızlıqla və təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) maddələri ilə təqsirləndirilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agdam musiqi kollecinin direktoru yol qezasina dusub
    Ağdam Musiqi Kollecinin direktoru yol qəzasına düşüb
  • nazir tehsile qoyulan investisiya en yaxsi investisiyadir
    Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır"...
nazir tehsile qoyulan investisiya en yaxsi investisiyadir nazir tehsile qoyulan investisiya en yaxsi investisiyadir +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267