Müslüm Maqomayevin cənazəsi Moskvadan xüsusi təyyarə ilə Bakıya gətirilib

Bakı. Ülkər Qasımova – APA. Oktyabrın 25-də Moskvadakı mənzilində 67 yaşında vəfat edən dahi Azərbaycan müğənnisi, dünya şöhrətli bariton Müslüm Maqomayevin cənazəsi bu gün xüsusi təyyarə ilə Moskvadan Bakıya gətirilib.
APA-nın Heydər Əliyev Beynəlxalq Hava Limanında olan əməkdaşının məlumatına görə, cənazəni sənətkarın həyat yoldaşı Tamara Sinyavskaya, tanınmış prodüser Yuli Qusman, Rusiyanın əməkdar artisti Oleq Qazmanov, Moskvada keçirilən vida mərasimində iştirak etmək üçün Azərbaycandan Rusiyaya ezam olunmuş baş nazirin müavini vəzifəsini icra edən Elçin Əfəndiyev, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Ümumrusiya Azərbaycan Konqresinin sədri Məmməd Əliyev, Konqresin vitse-prezidenti Araz Ağalarov və digər şəxslər müşayiət ediblər. Heydər Əliyev Beynəlxalq Hava Limanında isə cənazəni və qonaqları mədəniyyət və turizm naziri vəzifəsini icra edən Əbülfəs Qarayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, “AzAL” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov, Azərbaycanın xalq artistləri Fidan və Xuraman Qasımovalar və digərləri qarşılayıb.

Hava limanında jurnalistlərə açıqlama verən O. Qazmanov M. Maqomayev kimi bir şəxsiyyətlə tanış olduğu üçün özünü xoşbəxt saydığını bildirib.

Y. Qusman da M. Maqomayevi böyük sənətkar, dahi şəxsiyyət adlandırıb.

F. Bədəlbəyli isə Moskva keçirilmiş vida mərasimindən danışaraq, M. Maqomayevə olan məhəbbətdən söz açıb: “Mən Moskvada keçirilən vida mərasimindən dəhşətə gəldim. İnsan seli dayanmaq bilmirdi, hamı Müslümlə vidalaşmaq, ona son borcunu vermək üçün növbəyə dayanmışdı. Cənazəni vida mərasiminin keçirildiyi zaldan çıxaranda isə alqış qopdu, hər kəs bir ağızdan “Bravo, Müslüm!” söyləməyə başladı”.

Qeyd edək ki, sənətkarın qızı Marina da dəfn mərasimində iştirak etmək üçün həyat yoldaşı ilə birlikdə axşam saatlarında ABŞ-dan Bakıya gəlib.

Mərhumun cənazəsi müsəlman adətinə uyğun olaraq dəfnə hazırlanmaq üçün hava limanından Göy məscidə aparılıb.

M. Maqomayevlə vida mərasimi sabah saat 11.00-dan 15.00-dək M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. Böyük sənətkar saat 16.00-da I Fəxri Xiyabanda torpağa tapşırılacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya
    Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOSESS...
  • turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri  ba...
turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267