Novxanıda 83 yaşlı kişi yanaraq ölüb

Bakı. Hafiz Heydərov –APA. Novxanıda qaz sobasının üstünə yıxılan 83 yaşlı kişi aldığı xəsarətdən ölüb. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Novxanı bağlarında baş verib. Adıçəkilən ünvanda yaşayan, 1925-ci il təvəllüdlü İsa Xəlil oğlu Ələkbərov mənzilində olan qaz sobasının üstünə yıxılıb. Bədəninin müxtəlif nahiyyələrindən aldığı ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılan 83 yaşlı İ. Xəlilovun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272