Ombudsman Aparatında Gürcüstanın İnsan Hüquqları Mərkəzinin direktoru ilə görüş keçirilib

Bakı-APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatında Gürcüstanın İnsan Hüquqları Mərkəzinin direktoru Uça Nanuaşvili ilə görüş keçirilib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aparatın şöbə müdiri A. Səfixanlı təsisatda insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülən işlər, Müvəkkilin bu istiqamətdə beynəlxalq əlaqələri, dövlət orqanları və vətəndaş cəmiyyəti ilə qurulmuş qarşılıqlı əməkdaşlığı barədə məlumat verib. Görüşdə Gürcüstanın Xalq müdafiəçisi ilə Azərbaycan Ombudsmanı arasında insan hüquqları sahəsində imzalanmış ikitərəfli müqavilə üzrə görülmüş işlər diqqətə çatdırılıb.
U. Nanuaşvili təmsil etdiyi qurumun fəaliyyətində insan hüquqlarının, o cümlədən uşaq və qadın hüquqlarının müdafiəsinin, insan alverinə qarşı mübarizə məsələlərinin mühüm yer tutduğunu diqqətə çatdırıb. O, bu ilin əvvəlindən Avropa Birliyinin dəstəyi ilə “Cənubi Qafqaz hüquq müdafiəçiləri şəbəkəsi”nin yaradılması istiqamətində addımlar atıldığını, bu şəbəkənin hüquq müdafiəçilərinin hüquqlarının müdafiəsi və təhlükəsizliyinin təmin olunması, eləcə də hüquq müdafiə sahəsində informasiya mübadiləsi məqsədilə təşkil olunduğunu bildirib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:35 20 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gomruk prosedurlarinin sadelesdirilmesi ve suretlendirilmesile bagli seminar kecirilir
    Gömrük prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi...
  • azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib
    Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş elmi-praktiki...
azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267