Ötən il Bakıdakı orta məktəblərdən birində şagirdlərin zəhərlənməsi ilə bağlı qaldırılan cinayət işinin istintaqı yekunlaşıb, materiallar məhkəməyə göndərilib

Bakı-APA. Ötən il oktyabrın 30-da Bakının Xətai rayonunda yerləşən 95 saylı orta məktəbin şagirdlərinin zəhərlənməsi ilə bağlı qaldırılan cinayət işinin istintaqı yekunlaşıb, materiallar məhkəməyə göndərilib.
Bu barədə APA-ya Bakı şəhər prokurorunun köməkçisi Ramiz Rzayev məlumat verib. R. Rzayev bildirib ki, Xətai rayonu Şirvani küçəsi, 9 saylı binanın qarşısında yerləşən ərzaq məhsulları mağazasından rayonun 95 saylı orta məktəbin 5 «c» sinfində təhsil alan Əliyeva Rəhimə İbrahim qızının anası tərəfindən alınmış 24 ədəd «Bonyur» biskvit ərzaq məhsulu bir gün sonra R. Əliyevanın doğum günü münasibəti ilə həmin sinfin şagirdlərinə paylanıb. Oktyabrın 31-də şagirdlər «Bonyur» biskvitini yedikdən təxminən 20-30 dəqiqə sonra onlarda ürəkbulanması, qusma halları baş vermiş, nəticədə 10 şagird qida zəhərlənməsi diaqnozu ilə 1 saylı Uşaq Yoluxucu Xəstəxanasına müraciət ediblərr. İlkin tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar.
Faktla bağlı elə həmin gün Xətai rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 200.4-cü maddəsi (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) ilə cinayət işi başlanılıb: “İstintaq zamanı “Bonyur» biskvitinin alındığı mağazadan tədqiqat aparılması məqsədilə nümunələr götürülərək Respublika Gigiyena və Epidemiologiya mərkəzinə laborator müayinəyə göndərilib, iş üzrə məhkəmə-yeyinti ekspertizası təyin edilib. Təyin edilmiş məhkəmə-tibb ekspertizasının rəylərinə əsasən şagirdlərdə müəyyən edilən "Stafilakokk aureus" mikrobları «Bonjur» biskvitinin saxlanılma qaydalarının pozulması nəticəsində yaranıb”.
Cinayət işinin istintaq ilə sübuta yetirilib ki, Şirvani küçəsi, 9 saylı ünvanda yerləşən mağazanın icarədarı və satıcısı İmanov Vüqar Şükür oğlu "Bonyur" desert qənnadı məmulatı alaraq, Dövlət Sanitariya Nəzarət orqanları ilə razılaşmadan sahibkar fəaliyyəti göstərməklə sanitar sağlamlaşdırıcı cari təmir işlərinə ehtiyacı olan mağazada ərzaq məhsullarının saxlama qaydalarını kobud surətdə pozduğundan həmin məhsullar keyfiyyətsiz hala düşüb. Bir müddətdən sonra satılmış biskvitləri qəbul etmiş 95 saylı orta məktəbin şagirdləri həmin qidadan zəhərlənib. Nəticədə şagirdlərdən bir neçəsinin sağlamlığına yüngül zərər vurulub.
Törətdiyi əməlinə görə V. İmanov Cinayət Məcəlləsinin 200.4. (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Cinayət işinin istintaqı bu il yanvarın 3-də tamamlanaraq Xətai rayon Prokurorluğu vasitəsilə baxılması üçün rayon məhkəməsinə göndərilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • dgk ile ask arasinda emekdasliq memorandumu imzalanib
    DGK ilə ASK arasında əməkdaşlıq memorandumu imzalanıb
  • qusarda findiq bagi yanib
    Qusarda fındıq bağı yanıb
qusarda findiq bagi yanib qusarda findiq bagi yanib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267