Ötən il Hərbi Prokurorluğun 6 əməkdaş intizam qaydasında cəzalandırılıb, 1 əməkdaş prokurorluq orqanlarından xaric edilib, 1 nəfər isə tutduğu vəzifədən azad olunub

Bakı-APA. Ötən il Azərbaycan Silahlı Qüvvələrində qeydə alınan cinayətlərin 99,4 faizi açılıb. APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda keçirilən kollegiya iclasında bildirilib. Kollegiya iclasında
hesabat məruzəsi ilə çıxış edən hərbi prokuror Xanlar Vəliyev qeyd edib ki, 2007-ci ilə nisbətən ötən il 7 faiz az cinayət hadisəsi qeydə alınıb, o cümlədən hərbi xidmət əleyhinə cinayətlər 2,4 faiz, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 9,9 faiz, hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə 27,8 faiz, qulluğa səhlənkar yanaşma 33,3 faiz, qeyri-hərbi cinayətlər 25,1 faiz, mülkiyyət əleyhinə olan cinayətlər 5,8 faiz, özünü öldürmə həddinə çatdırmaq 52,6 faiz, qəsdən adam öldürmə isə 13,6 faiz, ağır cinayətlər 58,5 faiz, xüsusilə ağır cinayətlər 29,4 faiz azalmış, eləcə də digər ağır cinayətlərin açılması təmin edilib.
Hərbi prokuror deyib ki, ötən il maşınları idarəetmə və istismarı qaydalarını pozma cinayəti 60 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayəti 21,7 faiz artıb. Silahlı Qüvvələrdə bu növ cinayətlərin qarşısının alınması üçün müvafiq tədbirlər görülür.
X. Vəliyev onu da bildirib ki, törədilmiş cinayətlər nəticəsində vurulmuş maddi ziyanın 59,7 faizinin istintaq zamanı ödənməsi hərbi prokurorluq orqanları tərəfindən təmin edilib ki, bu da 2007-ci illə müqayisədə 10 faiz çoxdur.
Onun sözlərinə görə, Hərbi Prokurorluqda qanun pozuntularına yol verən işçilər barəsində ciddi tədbirlər görülüb. Belə ki, ötən il hərbi prokurorun təqdimatı əsasında baş prokurorun əmrləri ilə 6 əməkdaş intizam qaydasında cəzalandırılıb, 1 nəfər prokurorluq işçisinə yaraşmayan hərəkətə yol verdiyinə görə prokurorluq orqanlarından xaric edilib, 1 əməkdaş isə tutduğu vəzifədən azad olunub.
X. Vəliyev qeyd edib ki, peşə bayramı ərəfəsində Respublika Hərbi prokurorluğunun doqquzmərtəbəli yeni inzibati korpusunun tikintisinə başlanıb, Qazax Hərbi Prokurorluğu binasının inşası isə davam etdirilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayin ceyirli alpoud yoluna temirine baslanilib
    Göyçayın Cəyirli-Alpoud yoluna təmirinə başlanılıb
  • bakida bitki ve bitkicilik mehsullarinin ilkin teftisi ve zerervericilerin diaqnostikasi uzre telim kecirilir
    Bakıda bitki və bitkiçilik məhsullarının ilkin təftişi və zə...
bakida bitki ve bitkicilik mehsullarinin ilkin teftisi ve zerervericilerin diaqnostikasi uzre telim kecirilir bakida bitki ve bitkicilik mehsullarinin ilkin teftisi ve zerervericilerin diaqnostikasi uzre telim kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267