Penitensiar Xidmətdə Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib

penitensiar xidmetde milli qurtulus gunu ile bagli tedbir kecirilib

 

        

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Baş idarəsində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş toplantı keçirilmişdir.

 

PX-nin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbir zamanı Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun tarixinin ölkəmizin həyatında yeni mərhələnin başlanğıcı olduğu vurğulanıb.

 

Bildirilib ki, ölkə ərazisində sosial-iqtisadi böhranın hökm sürdüyü, hərc-mərcliyin tüğyan etdiyi, vətəndaş müharibəsinin getdiyi bir dövrdə ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı xalqın və dövlətin taleyində həlledici rol oynayıb. Heydər Əliyev ideyaları əvəzolunmaz miras olaraq bu gün də ölkə Prezidenti İlham Əliyev tərəfindən aparılan daxili və xarici siyasətin əsasını təşkil edir və Azərbaycanın gələcək inkişafı üçün də əsas prioritet olaraq yaşayacaq.

 

Tədbirdə iştirak edən AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu Qarabağ tarixi şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev çıxışında bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin formalaşdığını və bu mühüm nailiyyətin ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin bəhrəsi olduğunu vurğulayıb.

 

Tədbirin sonunda 15 iyun – Milli Qurtuluş Gününə həsr edilmiş film nümayiş etdirilib.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerin 100 illiyi ile bagli herbi mahnilardan ibaret konsert kecirilib
    Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı hərbi mahnılardan ib...
  • bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib
    Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azər...
bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267