Polisə Bakı Metropoliteninin Nəriman Nərimanov metro stansiyasına bomba qoyulması barədə anonim zəng olub

polise baki metropoliteninin neriman nerimanov metro stansiyasina bomba qoyulmasi barede anonim zeng olub
Bakı. Hafiz Heydərov-APA. Bu gün saat 19.00 radələrində Bakı Metropoliteninin Nəriman Nərimanov metro stansiyasına bomba qoyulması barədə anonim zəng daxil olub.
Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsindən APA-ya verilən məlumata görə, zəng elə bu idarəyə olub.

Dərhal hadisə yerinə əməliyyat qrupu və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çağırılıb. Metro stansiyanın fəaliyyəti dayandırılıb, buradakı sərnişinlər isə evakuasiya edilib.

Təxminən bir saata qədər aparılan araşdırmalar nəticəsində heç bir partlayıcı maddə aşkarlanmayıb. Bundan sonra metro stansiyanın fəaliyyəti bərpa edilib.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya bildirilib ki, stansiyanın fəaliyyəti bərpa olunsa da, əməliyyat-axtarış tədbirləri hələ də davam etdirilir.

İdarədən onu da qeyd ediblər ki, faktla bağlı araşdırmalar davam etdiriləcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya
    Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOSESS...
  • turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri  ba...
turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267