Radikal dini qruplaşma üzvlərinin məhkəməsində şahidlər ifadə verib

Bakı. Ramil Məmmədli - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədovun və digər 19 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA-nın məlumatına görə, hakim İslam Neymanovun sədrliyi ilə keçirilən prosesdə şahid Allahyar Cəfərov ifadə verib. O, ifadəsində təqsirləndirilən Vüqar Əliyevi tanıdığını deyib. Ona məxsus olan bağda keçirilən hər hansı görüşdən xəbərinin olmadığını deyən A. Cəfərov bildirib ki, bağında 1995-ci ildən V. Əliyevin babası və nənəsi bağban kimi qalıblar. Şahid ibtidai istintaqda verdiyi ifadəni təsdiq edib.
Təqsirləndirilən Rövşən Əbdüləliyevlə Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində müvəqqəti kirayədə qalan Əhməd İsgəndərov isə ifadəsində deyib ki, orada Abdullah kimi tanıdığı R. Əbdüləliyevlə 1 həftəyə yaxın kirayədə yaşayıblar.
Təqsirləndirilən şəxsin törətdiyi cinayətlərdən xəbərinin olmadığını deyən şahid qeyd edib ki, R. Əbdüləliyevin həmin ölkədəki əlaqələri haqda da məlumatsızdır.
Prosesdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Fariz Əliyev, Bəxtiyar Eyvazov, Elçin Tağıyev də şahid qismində ifadə veriblər. Onlar təqsirləndirilən Hacıbala Hüseynovun saxlanması zamanı keçirilən əməliyyat tədbiri barədə danışıblar. DİN əməkdaşları H. Hüseynovun üzərindən əməliyyat zamanı “Makarov” tipli tapança və 6 ədəd patron tapıldığını təsdiqləyiblər.
H. Hüseynov isə şahidlərin ifadəsinin həqiqətə uyğun olmadığını deyib.
Təqsirləndirilən Bəxtiyar Orucovun tanışı Elşən Məmmədov və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsinin əməliyyat şöbəsinin rəisi Tofiq Aslanov şahid qismində verdiyi ifadəsində təqsirləndirilən İlkin İsmayılovun müəssisədə saxlanan zaman mobil telefondan istifadə edib-etməməsi ilə bağlı hakimin suallarını cavablandırıb. O, İ. İsmayılovun dövləti cinayət törətdiyi üçün nəzarətdə olduğunu deyib.

Proses günün ikinci yarısında davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər - Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Elşən Məmmədov, Kamran Babayev, Samir Mehbalıyev, Tərlan Kərimov, Edqar Əliyev, Ramil Kərimov, Şirvani Babayev, Samir Əliyev, Yaşar Məhərrəmov, Orxan Əlizadə, Hacıbala Hüseynov, Azər İbadov, Şəhriyar Məhərrəmov, Ramin Cəlilov, Rövşən Əbdüləliyev, İlkin İsmayılov və Vüqar Əliyev dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı “LUKoyl” yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunurlar.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xacmazda 3 masin toqqusub olen ve xesaret alan var foto
    Xaçmazda 3 maşın toqquşub, ölən və xəsarət alan var - FOTO...
  • turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində ...
turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267