Sankt-Peterburqda Azərbaycan vətəndaşı qətlə yetirilib

Bakı. Hafiz Heydərov-APA. Sankt-Peterburq şəhərinin Nevski rayonunda Azərbaycan vətəndaşı qətlə yetirilib. APA-nın Rusiya mətbuatına istinadən məlumatına görə, 38 yaşlı Azərbaycan vətəndaşı Ahuzər Kərimovun meyiti dünən səhər saat 06.30-da 3 bıçaq yarası ilə şəhərin Tkaçi küçəsində aşkar edilib. A. Kərimov Peterburqda qeydiyyatsız yaşayıb. O, sentyabrın 22-si axşam öz dostu ilə Babuşkino 23 unvanında yaşayan bir qadının evinə qonaq gedib. Gecə saat 1-də A. Kərimov dostunu qadının yanında qoyub, ozü həmin küçədə yerləşən “Şaverme” qəlyanaltısına gedib və saat 4-ə qədər orada qalıb. Bu faktı qəlyanaltıda işləyən 2 Tacikistan vətəndaşı da təsdiq edib. Tkaçi küçəsindəki məktəbin binası üzərində qurulan izləmə kamerası saat 04.30-da Kərimovu qeydə alıb.
Qeyd olunub ki, A. Kərimov boyun hissəsi, sağ körpücük sümüyü və üzündən bıçaqlanıb. Faktla bağlı Rusiya Feredasiyasının Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci bəndi ilə cinayət işi açılıb, araşdırma aparılır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xacmazda 3 masin toqqusub olen ve xesaret alan var foto
    Xaçmazda 3 maşın toqquşub, ölən və xəsarət alan var - FOTO...
  • turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində ...
turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267