Sankt-Peterburqda topdansatış ticarət mərkəzinin qarşısında 30 yaşlı azərbaycanlının cəsədi tapılıb

sankt peterburqda topdansatis ticaret merkezinin qarsisinda 30 yasli azerbaycanlinin cesedi tapilib
Sankt-Peterburq. Müsəllim Həsənov-APA. Dünən səhər saatlarında əsasən azərbaycanlıların işlədiyi “Sofiya bazası” kimi tanınan topdansatış ticarət mərkəzinin qarşısında kişi cəsədi tapılıb.
APA-nın Sankt-Peterburqdakı xüsusi müxbirinin verdiyi məlumata görə, hüquq-mühafizə orqanları əməkdaşları soydaşlarımızın köməyi isə cəsədin şəxsiyyətini müəyyənləşdiriblər. Məlum olub ki, ölən şəxs əslən Şəmkir rayonundan olan, 1978-ci il təvəllüdlü Famil Hacıyevdir. Hadisə yerinə milis və prokurorluq orqanlarının nümayəndələri gəlsə də, mərhumun cəsədinin “morqa” aparılması axşam saatlarına qədər ləngiyib. Həkimlərin ilkin rəyinə görə, Famil Hacıyev yüksək dozada narkotik maddə qəbul etdiyinə görə dünyasını dəyişib. Mərhumun meyitinin Bakıya bazar günü yola salınacağı gözlənilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agdam musiqi kollecinin direktoru yol qezasina dusub
    Ağdam Musiqi Kollecinin direktoru yol qəzasına düşüb
  • nazir tehsile qoyulan investisiya en yaxsi investisiyadir
    Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır"...
nazir tehsile qoyulan investisiya en yaxsi investisiyadir nazir tehsile qoyulan investisiya en yaxsi investisiyadir +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267