Silahlı basqına məruz qalan şəxsin kimliyi bəlli olub

silahli basqina meruz qalan sexsin kimliyi belli olub
Bakı. Hacı Zeynalov-APA. Bakının Binəqədi rayonunun Naxçıvani küçəsindəki valyutadəyişmə məntəqəsinin sahibinə edilmiş silahlı basqının təfərrüatları barədə yeni məlumatlar əldə olunub.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, valyutadəyişmə məntəqəsinin basqına məruz qalan sahibi Qasımov Ruslan İsmayıl oğludur.

R. Qasımov hadisə yerində polislərə verdiyi ilkin ifadəsində bildirib ki, ona 4 nəfərdən ibarət dəstə hücum edib. R. Qasımova odlu silahla hədə-qorxu gələn dəstə üzvləri ona məxsus BMW markalı maşından külli miqdarda pulu aparıblar.

Daha sonra zərərçəkmiş Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə dəvət olunub və ondan sərbəst ifadə alınıb. Hələlik polis zərərçəkmişə dəyən ziyanın məbləğini açıqlamayıb.

Polisdəki mənbədən isə APA-ya bildirilib ki, basqınçılar hadisə yerinə “Mersedec” markalı 10 KX 584 markalı avtomobillə gəliblər. Məlum olub ki, həmin maşın da bir müddət öncə oğurlanıb və axtarışda olub.

Hadisəni törədən şəxslərin tapılması üçün Bakıda əməliyyat-axtarış tədbirləri keçirilir. Şəhərin müxtəlif istiqamətlərində silahlı polis postları qurulub. Şübhəli maşınlar yoxlanılır.

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev APA-ya açıqlamasında hadisə zamanı ölən və yaralananların olmadığını desə də, basqınçıların nə qədər pul apardığı barədə məlumat verməyib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xacmazda 3 masin toqqusub olen ve xesaret alan var foto
    Xaçmazda 3 maşın toqquşub, ölən və xəsarət alan var - FOTO...
  • turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində ...
turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267