Türkiyədə yaşayan çeçen komandir Rusiyaya deportasiya edilərkən aeroportda pasportunu cırıb

turkiyede yasayan cecen komandir rusiyaya deportasiya edilerken aeroportda pasportunu cirib
İstanbul – APA. Çeçenistanda Rusiya ordusuna qarşı döyüşmüş və bir müddət Azərbaycanda yaşadıqdan sonra Türkiyəyə köçən İmran Əbdüləzimov adlı çeçen komandirin deportasiya edilərək Rusiyaya göndərilməsinə qərar verilib.
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, son vaxtlar İstanbulda yaşayan çeçen komandirlərə qarşı törədilən sui-qəsdlərdən sonra Türkiyə Daxili İşlər Nazirliyi İ. Əbdüləzimovun deportasiyası barədə qərar qəbul edib və o, noyabrın 19-da həbs edilib. İ. Əbdüləzimov bu gün mülki geyimli 2 polis əməkdaşı tərəfindən Rusiyaya göndərilmək üçün İstanbulun Atatürk hava limanına aparılıb. Ancaq qışqıraraq Rusiyaya getmək istəmədiyini bildirən keçmiş komandir pasportunu cırıb. Polislər onun əllərini qandallayaraq əvvəlcə aeroport polisinin təcridxanasına aparıblar, sonra isə İstanbul Əmniyyət Müdirliyinin (polis idarəsi) əcnəbilərlə iş şöbəsinin təcridxanasına qaytarıblar. İ. Əbdüləzimovun həyat yoldaşı və uşaqları – 17 yaşlı Mirana, 11 yaşlı Nura, 10 yaşlı İslam və 3 yaşlı Məryəm türkiyəli hüquq müdafiəçisi Nuray Canan Bəzirganla birlikdə hava limanına gediblər. Mirana Əbdüləzimova atasının Rusiyaya təslim edilməməsini və sərbəst buraxılmasını xahiş edib. Hüquq müdafiəçisi N. C. Bəzirgan isə İ. Əbdüləzimovun xəstə olduğunu, heç bir səbəb göstərilmədən həbs edildiyini, Rusiyaya təhvil verilərsə, öləcəyini bildirib.

Qeyd edək ki, 50 yaşlı İ. Əbdüləzimov Çeçenistan müharibəsində yaralandıqdan sonra Azərbaycana gəlib. Bir neçə il Azərbaycanda yaşayan keçmiş komandir 2002-ci ildə müalicə məqsədilə Türkiyəyə gedib və 10 gün orada qaldıqdan sonra yenidən Azərbaycana dönüb. O, 2008-ci ilin mart ayında Türkiyədə yaşamaq üçün icazə alıb və may ayında ailəsini İstanbula aparıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agdam musiqi kollecinin direktoru yol qezasina dusub
    Ağdam Musiqi Kollecinin direktoru yol qəzasına düşüb
  • nazir tehsile qoyulan investisiya en yaxsi investisiyadir
    Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır"...
nazir tehsile qoyulan investisiya en yaxsi investisiyadir nazir tehsile qoyulan investisiya en yaxsi investisiyadir +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267