Vəkil 4 yaşlı uşağın ölümündə təqsirləndirilən qadına bəraət istəyib

vekil 4 yasli usagin olumunde teqsirlendirilen qadina beraet isteyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 4 yaşlı uşağın ölümünə səbəb olan sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Lalə İsrafilovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

APA-nın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə L. İsrafilovanın vəkili Əli Hüseynov çıxış edib. O deyib ki, istintaq orqanı tərəfindən L. İsrafilovaya əsassız ittiham irəli sürülüb, belə ki, zərərçəkmiş şəxs öz ehtiyatsızlığı səbəbindən yıxılıb: "Lalə İsrafilova uşağa əl vurmayıb. Onu həyətdən çıxararkən, uşaq qaçıb və ayağı ilişərək yıxılıb. Nəticədə bu bədbəxt hadisə baş verib. Bu baxımdan hesab edirəm ki, Lalə İsrafilovanın əməlində cinayət tərkibi yoxdur".

 

Vəkil çıxışının sonunda azyaşlı uşağın ölümündə hüquqlarını müdafiə etdiyi şəxsin günahsız olduğunu və onun barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

 

Məhkəmə L. İsrafilovaya son söz verib. O, son sözə hazır olmadığını deyərək, məhkəmədən vaxt istəyib.

 

Buna görə proses iyunun 22-dək təxirə salınıb.

 

Qeyd edək ki, hadisə 2017-ci il mayın 9-da Quba rayonunun Bərqov kəndində baş verib. Kənd sakini, 2013-cü il təvəllüdlü Mustafazadə Fuad Həbib oğlu ailəsinin münasibəti olmadığı 1971-ci il təvəllüdlü İsrafilova Lalə Həsən qızının həyətinə icazəsiz daxil olub. Azyaşlı həyətdəki gülləri yolub, L.İsrafilova bunu görüb və uşağın həyətdən çıxmasını istəyib. Uşaq həyətdən çıxmadığı üçün L.İsrafilova onu qovub. F.Mustafazadə qadından qorxaraq qaçmağa başlayıb. Həyət darvazasından çıxarkən uşaq küçədə yıxılıb və baş nahiyəsindən aldığı xəsarət nəticəsində dünyasını dəyişib.

 

Faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerin 100 illiyi ile bagli herbi mahnilardan ibaret konsert kecirilib
    Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı hərbi mahnılardan ib...
  • bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib
    Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azər...
bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267