Aİ və BMT nümayəndələri Şirvan Regional QHT-in Resurs və Təlim Mərkəzində təlimlərə qatılıblar

ai ve bmt numayendeleri sirvan regional qht in resurs ve telim merkezinde telimlere qatiliblar

Avropa İttifaqıBMT-nin nümayəndələri Şirvan Regional QHT-in Resurs və Təlim Mərkəzində təlimlərdə iştirak ediblər.

 
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) İnkişaf və idarəetmədə strateji əməkdaşlıq və koordinasiya təşəbbüsü ilə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT İnkişaf Proqramının həyata keçirdiyi “Həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının təmin edilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsinin icrası davam edir. Layihə çərçivəsində Şirvan Regional QHT-lərin Resurs və Təlim Mərkəzində növbəti təlim sessiyası keçirilib.
 
Təlim QHT-lərin yerli ictimai xidmətlərin göstərilməsi və onların keyfiyyətinin artırılmasında, yerli özünüidarənin həyata keçirilməsində rolu, dəlil əsaslı tədqiqat metodologiyaları və məlumatlardan istifadə etməklə ictimai siyasət tövsiyələrinin hazırlanması, layihələrin yazılışı və idarə olunması kimi mövzuları əhatə edib. 
 
İki günlük təlim sessiyasına Şirvan, Sabirabad, Saatlı, Salyan və Hacıqabulda fəaliyyət göstərən QHT təmsilçiləri qatılıb. Yerli icra hakimiyyəti nümayəndəsinin də iştirak etdiyi təlimdə əsas diqqət QHT təmsilçilərinin yerli sosial-iqtisadi inkişaf proseslərində iştirak səviyyəsini artırmağa imkan verən zəruri bilik və bacarıqların aşılanmasına yönəlib.

 

Tədbirdə Avropa  Birliyinin Azərbaycan Nümayəndəliyinin və BMT İnkişaf Proqramının əməkdaşları qonaq qismində iştirak ediblər.
 

Təlim sessiyasının sonunda iştirakçılar təlim sessiyasının qiymətləndirilməsini aparıb, yerli qeyri-hökumət  təşkilatlarının yerli inkişaf proseslərində iştirakçılığının artırılması baxımından təlimin mühüm əhəmiyyət daşıdığını bildiriblər. 
 
Layihə üzrə yanvar-fevral aylarında tematik seminarların keçirilməsi nəzərdə tutulur.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:02 16 İyul
13:43 15 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • celil memmedquluzade kucesinde yolun cokmesinin sebebi aciqlanib
    Cəlil Məmmədquluzadə küçəsində yolun çökməsinin səbəbi açıql...
  • helsinkide tramp ve putin arasinda gorus baslayib yenilenib
    Helsinkidə Tramp və Putin arasında görüş başlayıb - YENİLƏNİ...
helsinkide tramp ve putin arasinda gorus baslayib yenilenib helsinkide tramp ve putin arasinda gorus baslayib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 16 İyul, 2018

USD
1.7
 
EUR
1.9874
 
RR
0.0272