Azərbaycan Mətbuat Şurası həbsdəki jurnalistlərin əfv olunması xahişi ilə prezidentə müraciət edib

Bakı – APA. Azərbaycan Mətbuat Şurası həbsdəki jurnalistlərin əfv edilməsi xahişi ilə prezident İlham Əliyevə müraciət ünvanlayıb. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, müraciətdə bildirilir ki, ölkədə son 5 ildə həyata keçirilən tədbirlərin, insan amilinə, vətəndaş cəmiyyəti quruculuğuna istiqamətlənən əməli işlərin kütləvi informasiya vasitələrini və jurnalistləri də əhatə etməsi diqqəti çəkən məqamlar arasındadır: “Media ilə bağlı imzalanan fərman və sərəncamlarda bu sahədəki bütün məsələlərin, o cümlədən həbsdə olan jurnalistlərin əfvinin də nəzərə alınması razılıqla qarşılanmaqdadır. Əfv fərmanlarında Azərbaycan Mətbuat Şurasının prezidentə müraciətləri daim nəzərə alınıb. Nəticədə həmkarlarımız məhkum həyatının ağırlığından azad olunub, evlərinə, ailələrinə, doğmalarının yanına qayıtmaq imkanı əldə ediblər”.

Müraciətdə belə humanist addımların bundan sonra da atılacağına əminlik vurğulanır. Həmçinin qeyd olunur ki, həbsdəki jurnalistlərin azad edilməsi ilə bağlı ölkə prezidentinə müraciət Azərbaycan jurnalistlərinin V qurultayının qətnaməsində də öz əksini tapıb: “Həmin şəxslər “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidov, bu nəşrin əməkdaşı Sakit Zahidov (Mirzə Sakit), “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev və “Bizim yol” qəzetinin redaktoru Müşviq Hüseynovdur. Onlar məhkəmələr tərəfindən kəsilmiş cəzalarının bir hissəsini çəkiblər və məhbus həyatının ağırlığını yaşamaqdadırlar”.

Mətbuat Şurası dövlət başçısından bütün bunları və jurnalistlərin öhdələrində ailələrinin, azyaşlı uşaqlarının, üzüntü keçirən ahıl valideynlərinin olduqlarını nəzərə alaraq onların azadlığa çıxmalarına kömək göstərməsini xahiş edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
Video
10:10 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • haciqabulda yol qezasinda surucu olub 6 yasli ovladi xesaret alib
    Hacıqabulda yol qəzasında sürücü ölüb, 6 yaşlı övladı xəsarə...
  • azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler
    Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ...
azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272