Beynəlxalq Jurnalistlər Mərkəzinin tədqiqatlar üzrə təlim proqramının üçüncü kursunun yekunlaşması ilə bağlı tədbir keçirilib

Bakı. Ramil Məmmədli – APA. ABŞ-da yerləşən Beynəlxalq Jurnalistlər Mərkəzinin (İCFJ) tədqiqatlar üzrə təlim proqramının üçüncü kursunun yekunlaşması ilə bağlı tədbir keçirilib. APA-nın məlumatına görə, İCFJ-nin Azərbaycan üzrə direktoru Çarls Rays bildirib ki, Azərbaycanda jurnalistlərin peşəkar səviyyədə tədqiqat aparmasına ehtiyac var və təmsil etdiyi qurum bu istiqamətdə bilik və bacarıqların artırılmasına yardım etmək üçün bu layihəni həyata keçirib. Altı jurnalistin 4 aylıq intensiv kurs keçdiyini deyən C. Rays proqramın özəllikləri barədə də danışıb. Layihənin baş təlimatçısı Şahin Abbasov diqqəti məzunların kursdakı fəaliyyətinə yönəldib. ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terri Devidson isə bildirib ki, peşəkar jurnalistika demokratiyanın əsaslarından biri hesab olunur. Onun sözlərinə görə, ABŞ Azərbaycanda peşəkar jurnalistikanın inkişafına dəstək verməklə demokratiyanın inkişafına yardım etmək istəyir: “Əminik ki, Azərbaycanda demokratiyanın güclü gələcəyi var. Azərbaycan jurnalistlərinin isə bu prosesdə əhəmiyyətli yer tutacağını da bilirik”. “Azadlıq” radiosu Azərbaycan redaksiyasının rəhbəri Xədicə İsmayılova və digərləri Azərbaycanda tədqiqat jurnalistikasının inkişafını zəruri hesab ediblər. Tədbirin sonunda kursun məzunlarına diplomlar təqdim olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya
    Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOSESS...
  • turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri  ba...
turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267