Daha 6 media qurumu Azərbaycan Mətbuat Şurasının sıralarına qəbul edilib

Bakı. Kəmalə Quliyeva-APA. Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) İdarə Heyəti 2008-ci ildə son iclasını keçirib. APA-nın məlumatına görə, iclasda daha 6 kütləvi informasiya vasitəsinin –“Ekspert» jurnalı, “Day.az” İnformasiya Agentliyi, “Gəncəbasar”, “168 saat” və “Hacıqabul” və «Türküstan” qəzetlərinin Mətbuat Şurasına üzv qəbul olunması qərara alınıb. İclasda MŞ-nin Şikayətlər üzrə Komissiyasının təqdim etdiyi 8 rəy əsasında qərarlar qəbul edilib. MŞ sədrinin müavini Umud Rəhimoğlu bildirib ki, başa çatmaqda olan ilin ən uğurlu yekunu Mətbuata Dövlət Dəstəyi Konsepsiyası ətrafında işin başa çatdırılmasıdır. Ü. Rəhimoğlu bildirib ki, Mətbuat Şurası regional medianın durumu, bir sıra KİV-lərə kəsilən cərimə qərarlarının icrasının müvəqqəti olaraq dayandırılması, həbsdə olan jurnalistlərin əfvi, media təmsilçilərinin hüquqlarının qorunması və sair aktual məsələləri bağlı təkliflər irəli sürüb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agdam musiqi kollecinin direktoru yol qezasina dusub
    Ağdam Musiqi Kollecinin direktoru yol qəzasına düşüb
  • nazir tehsile qoyulan investisiya en yaxsi investisiyadir
    Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır"...
nazir tehsile qoyulan investisiya en yaxsi investisiyadir nazir tehsile qoyulan investisiya en yaxsi investisiyadir +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267