Mətbuat Şurası «İdeal» qəzeti ilə bağlı Baş Prokurorluğa müraciət edib

Bakı-APA. Mətbuat Şurası «İdeal» qəzeti ilə bağlı Baş Prokurorluğa müraciət edib. Bu barədə APA-ya Mətbuat Şurasından bildirilib. Məlumata görə, şuranın sədr müavini, Şikayətlər üzrə Komissiyanın sədri Umud Rəhimoğlu məsələ ilə əlaqədar bildirib ki, “İdeal” qəzeti ilə bağlı şikayətlər quruma baxılmaq üçün daxil olub. Qeyd olunub ki, şikayət müəllifləri - «Azərittifaq»ın sədr müavini, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və Qarabağ müharibəsi veteranı Səbirə Mahmudova «İdeal» qəzetində onların şərəf və ləyaqətinin təhqirinə yönələn yazıların dərc olunduğunu göstəriblər. U. Rəhimoğlunun qeyd edib ki, Mətbuat Şurası bu yazıları müzakirə edərək qərara gəlib ki, «İdeal» qəzetində T. Rüstəmxanlı və S. Mahmudova barədə gedən materiallarda «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın bir sıra tələbləri pozulub: “Etik prinsiplərə aşkar sayğısızlıqla təqdim olunan həmin materiallarda böhtan və təhqirlərə geniş yer verilib”. Komissiya sədri Şuraya «İdeal» qəzeti ilə əlaqədar əvvəllər də çoxsaylı müraciətlərin daxil olduğunu vurğulayıb: «Mətbuat Şurası bu nəşrlə bağlı rəy və qərarlar da qəbul edib. Lakin qəzet rəhbərliyi iradlarımızdan nəticə çıxarmaq əvəzinə fəaliyyətini eyni üslubda davam etdirməkdədir. Buna görə də məsələnin hüquqi müstəvidə araşdırılmasına üstünlük verdik».

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayin ceyirli alpoud yoluna temirine baslanilib
    Göyçayın Cəyirli-Alpoud yoluna təmirinə başlanılıb
  • bakida bitki ve bitkicilik mehsullarinin ilkin teftisi ve zerervericilerin diaqnostikasi uzre telim kecirilir
    Bakıda bitki və bitkiçilik məhsullarının ilkin təftişi və zə...
bakida bitki ve bitkicilik mehsullarinin ilkin teftisi ve zerervericilerin diaqnostikasi uzre telim kecirilir bakida bitki ve bitkicilik mehsullarinin ilkin teftisi ve zerervericilerin diaqnostikasi uzre telim kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267