Yanvar ayında dünyada 14 jurnalist həlak olub

yanvar ayinda dunyada 14 jurnalist helak olub
Bakı - APA. 2009-cu ilin yanvar ayında dünyanın müxtəlif nöqtələrində 14 jurnalist həlak olub.
APA-nın məlumatına görə, bu rəqəmi mətbuat nümayəndələrinin hüquqlarının qorunmasının monitorinqini aparan Press Emblem Campaign (PEC) təşkilatı açıqlayıb.

PEC-in məlumatında bildirilir ki, yanvar ayında Qəzzada 4, Rusiyada 2, Venesuelada 2, Pakistanda 3, Somali, Nepal və Şri-Lankada 1 jurnalist ölüb.

İsrail ordusunun aviazərbələri zamanı jurnalistlər Ömər Silavi (Omar Silawi), Basil İbrahim Fərah (Basil Ibrahim Faraj), Eyhab əl-Vidi (Eyhab Al Whidi) və Əla Həmmad Murtaha (Ala Hammad Murtaja) həlak olublar. Onlar Qəzzadakı müxbir məntəqələrində çalışıblar.

Şri-Lankada yanvarın 8-də naməlum şəxslər müxalifyönlü “The Sunday Leader” qəzetinin baş redaktoru Lasantu Vikramatunqanı (Lasantha Wickramatunga) qətlə yetiriblər.

Venesuelada reportyorlar Hasinto Lopes (Jacinto Lopez) və Orel Sambrano (Orel Zambrano) naməlum şəraitdə həlak olublar.

Pakistanın şimalında terrorçu-kamikadzenin törətdiyi partlayışda jurnalistlər Məhəmməd İmran (Muhammed Imran) və Tahir Avan (Tahir Awan) həlak olub. Reportyor Əmir Vəkil isə Ravalpindi şəhərində öldürülüb.

Nepalda naməlum şəxslər jurnalist Uma Sinqxi (Uma Singh) güllələyib, Somalidə isə radioaparıcı Həsən Mayov Həsən (Hassan Mayow Hassan) həlak olub.

Yanvarın 5-də Murmanskda “RİA 51” informasiya agentliyinin əməkdaşı Şəfiq Əmrahov öldürülüb. Vəkil Stanislav Markelova sui-qəsd zamanı güllə yarası almış “Novaya qazeta”nın jurnalisti Anastasiya Baburova yanvarın 19-da Moskva xəstəxanasında dünyasını dəyişib.

PEC-in məlumatında o da bildirilir ki, 2008-ci ildə 91 jurnalist həlak olub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bu il azerbaycana avtomobil idxali 3 defe artib
    Bu il Azərbaycana avtomobil idxalı 3 dəfə artıb
  • elil sexslere verilen protez ortopedik memulat ve reabilitasiya vasitesinin sayi aciqlanib
    Əlil şəxslərə verilən protez-ortopedik məmulat və reabilitas...
elil sexslere verilen protez ortopedik memulat ve reabilitasiya vasitesinin sayi aciqlanib elil sexslere verilen protez ortopedik memulat ve reabilitasiya vasitesinin sayi aciqlanib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267