Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq əmək haqqı açıqlanıb

baki mekteblerinde calisan muellimlerin orta ayliq emek haqqi aciqlanib
Diaqnostik qiymətləndirilmədən keçən 42 minə yaxın müəllimin maaşı artırılıb

"Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi  müsabiqəsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 2017-2018-ci dərs ili üçün 1349 vakansiya təqdim olunub. Tədris ilinin əvvəlinə 990 nəfər daimi əsaslarla işə qəbul olunub".

 

APA-nın xəbərinə görə, bu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) 2017-2018-ci tədris ili ilə bağlı hesabatında əksini tapıb.

 

Hesabatda bildirilib ki, müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqədə tutulmayan və sonradan yeni yaranan vakansiyalar üzrə cari tədris ili çərçivəsində müddətli müqavilə ilə 900-dən artıq müəllim işə qəbul üçün göndərilib: "2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi tərəfindən 04.06.2018-ci il tarixdə start verilən müəllimlərin yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 641 vakansiya təqdim olunub".

 

Qeyd olunub ki, 2018-ci il yanvarın 1-dən ötən ilin aprel-may aylarında diaqnostik qiymətləndirilmədən keçən 42 minə yaxın müəllimin əməkhaqqısı artırılıb: "Hazırda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 552 manat təşkil edir. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan, diaqnostik qiymətləndirilmədə müəyyən səbəblərdən iştirak etməyən və ya öz nəticələrini yaxşılaşdırmaq məqsədilə təkrar iştirak etmək istəyən 2622 nəfər müəllim, direktor və direktor müavini diaqnostik qiymətləndirməyə qatılıb".

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272