BDU-da 15 iyun – Milli Qurtuluş Günü qeyd edilib

 

Bakı Dövlət Universitetinin Heydər Əliyev Mərkəzində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib. Tədbirdən əvvəl BDU-nun foyesində ümummilli lider Heydər Əliyevin büstü qarşısına əklil və gül dəstələri qoyulub, xatirəsi ehtiramla anılıb.

 

BDU-nun Mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, universitetin professor-müəllim heyətinin iştirak etdiyi tədbirdə rektor, akademik Abel Məhərrəmov giriş sözü ilə çıxış edərək 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının önəmindən, ölkənin vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas edilməsindən, vətəndaş cəmiyyətinin formalaşması istiqamətində həyata keçirilən uğurlu islahatlardan bəhs edib.

 

Rektor həmin dövrdə qısa zaman kəsiyində siyasi-iqtisadi stabilliyi təmin edən ulu öndərin Azərbaycanda  elm və təhsilin hamisinə çevrildiyini, prezident İlham Əliyevin bu siyasətin layiqli davamçısı olduğunu qeyd edib.

 

Sonra Respublika Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov, Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, Milli Məclisin Komitə sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov, Milli Məclisinin deputatı Ülvi Quliyev Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki əhəmiyyətindən, ümummilli liderin Azərbaycanın dinamik inkişafa nail olması yolundakı əvəzsiz xidmətlərindən danışıblar.

 

Tədbir Heydər Əliyevin zəngin həyat və fəaliyyətinə həsr olunmuş videoçarxın nümayişi ilə başa çatıb.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:02 22 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mektebi yuksek qiymetlerle bitirmis sagirdler ucun mezun gecesi kecirilib
    Məktəbi yüksək qiymətlərlə bitirmiş şagirdlər üçün məzun gec...
  • musfiqabad qesebesinde mecburi kockunler ucun emek yarmarkasi kecirilib
    Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün əmək yarmarkas...
musfiqabad qesebesinde mecburi kockunler ucun emek yarmarkasi kecirilib musfiqabad qesebesinde mecburi kockunler ucun emek yarmarkasi kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267