Dövlət Gömrük Komitəsinin jurnalistlər üçün təşkil etdiyi seminar başa çatıb

Bu gün Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində keçirilən "Azərbaycan gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda seminar başa çatıb.

 

APA-Economics”in məlumatına görə, Dövlət Gömrük Komitəsinin təşkil etdiyi ikigünlük seminarda kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib. Seminarı komitənin mütəxəssisləri aparıb.

 

Seminarın ikinci günü, öncə iştirakçılara DGK Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsi rəisinin birinci müavini Anar Süleymanov elektron gömrük, Azərbaycanda bu sahədə görülən işlər və dünya praktikası, sərhədkeçmə vaxtının ölçülməsi (TRS) layihəsi barədə məlumat verib. Sonra DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsi rəisinin müavini Səməd Qaralov malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə ilə bağlı təqdimat keçirib.

 

DGK Xarici Əlaqələr İdarəsi rəisinin müavini Kamran Cabbarlı isə jurnalistləri Azərbaycan Gömrük Xidmətinin beynəlxalq əlaqələri mövzusunda məlumatlandırıb. Daha sonra DGK Gömrük Risklərinin Təhlili və Audit İdarəsi rəisinin müavini Razim Zamanov gömrük-biznes əməkdaşlığı, mövcud problemlər və onların aradan qaldırılması yollarından bəhs edib.

 

Bundan başqa, sərhəd-keçid məntəqələrində baş verən sıxlıqlar - səbəbi və aradan qaldırılması ilə bağlı qarşılıqlı diskussiya şəraitində müzakirələr keçirilib.

 

Seminarın yekununda isə iştirakçılara təşəkkürnamə və xatirə hədiyyələri təqdim edilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerin 100 illiyi ile bagli herbi mahnilardan ibaret konsert kecirilib
    Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı hərbi mahnılardan ib...
  • bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib
    Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azər...
bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267