Ekoloji qanunvericiliyi pozan vəzifəli şəxs cərimələnib

ekoloji qanunvericiliyi pozan vezifeli sexs cerimelenib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sumqayıt şəhər, Tuğ zavod yaşayış massivində tullantıların qalaqlanması ilə bağlı daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

 

Nazirlikdən APA-ya bildirilib ki, sözügedən əraziyə keçirilən baxış zamanı məişət tullantılarının Samur-Abşeron Magistral Kanalının mühafizə zonasına atılaraq qalaqlandığı, ərazidə antisanitar vəziyyətin yarandığı faktı aşkarlanıb.

 

Faktla bağlı Samur-Abşeron Kanalı İstismar İdarəsinin sahə rəisi Səhhət Qənbərov barəsində protokol tərtib olunub və o, İnzibati Xətalar Məcəlləsinə əsasən 2000 manat məbləğində cərimələnib.

 

Kanalın mühafizə zonasında qalaqlanmış tullantıların təmizlənməsi məqsədilə Samur-Abşeron Kanalı İstismar İdarəsinə, tullantıların qanunvericiliyə uyğun qaydada idarə olunması üçün Sumqayıt bələdiyyəsinə və Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerin 100 illiyi ile bagli herbi mahnilardan ibaret konsert kecirilib
    Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı hərbi mahnılardan ib...
  • bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib
    Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azər...
bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267