Fuad Muradov Gürcüstanda Kvemo Kartli qubernatoru ilə görüşüb

Gürcüstanda səfərdə olan Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Kvemo Kartli bölgəsinin qubernatoru Qriqol Nemsadze ilə görüşüb.

 

APA-nın Gürcüstan müxbirinin məlumatına görə, görüşdə Gürcüstan və Azərbaycan arasında dostluq, tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.

 

Q. Nemsadze görüş zamanı Azərbaycan nümayəndə heyətinə azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsinin investisiya və turizm potensialı barədə məlumat təqdim edib.

 

Görüşdə həmçinin bölgədə yaşayan etnik azlıqların inteqrasiyasına yönəlmiş dövlət proqram və layihələr barədə də söz açılıb.

 

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, SOCAR-ın Gürcüstan Nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və digər rəsmi şəxslər də iştirak edib.

F. Muradov daha sonra Marneuli rayonunda yerli ictimaiyyət nümayəndələri ilə görüş keçirib. O, Gürcüstan azərbaycanlılarını narahat edən məsələlərlə maraqlanıb.

 

Qeyd edək ki, F. Muradovun başçılıq etdiyi nümayəndə heyətinin Gürcüstana səfəri iyunun 12-də başlayıb. Komitə sədri səfər çərçivəsində artıq Gürcüstanın patriarxı II İlya, xarici işlər naziri Mixeil Canelidze, mədəniyyət və idman naziri Mixeil Giorqadze ilə görüşüb.  O həmçinin Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Mərkəzinə də baş çəkib.

 

Azərbaycan nümayəndə heyətinin qonşu ölkəyə səfəri iyunun 17-də başa çatacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerin 100 illiyi ile bagli herbi mahnilardan ibaret konsert kecirilib
    Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı hərbi mahnılardan ib...
  • bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib
    Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azər...
bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267