İcra başçısı "Son zəng" tədbirində iştirak edib

2017-2018-cı tədris ilinin başa çatması münasibətilə Binəqədi rayonunun 276 nömrəli tam orta məktəbində də "Son zəng" keçirilib.

 

Tədbirdə Binəqədi Rayon İcra hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Aygün Əliyeva, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Binəqədi rayonu 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndə Ləman Əliyeva, Binəqədi Rayon Bələdiyyəsinin sədri Sitarə Cabbarlı və məktəbin şagird heyəti, müəllim kollektivi, həmçinin valideynlər iştirak ediblər.

 

Məzunların buraxılış tədbiri dövlət himninin səsləndirilməsi ilə başlayıb.

 

Məzunları təbrik edən məktəbin direktoru, əməkdar müəllim Bəhram Şiriyev gələcəyimiz olan bu gənclərin müstəqil dövlətin vətəndaşı olaraq Azərbaycanın həyatında müstəsna xidmətlər göstərəcəklərinə inamını ifadə edib.

 

Daha sonra çıxış edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb.

 

Məktəbin şagird və müəllim kollektivini məzun günü münasibəti ilə təbrik edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev müstəqil həyata ilk addımlarını atan məzunlara gələcək fəaliyyətində uğurlar arzulayıb. Bildirilib ki, bu gün ölkəmizdə təhsilinin dünya standartları səviyyəsində qurulması dövlət tərəfindən Azərbaycan təhsilinə göstərilən diqqət nəticəsində reallaşır.

 

E.Allahverdiyev məzunlara hansı peşəyə yiyələnməsindən asılı olmayaraq öz bilik və bacarıqları ilə dövlət başçısının rəhbərliyi ilə günbəgün tərəqqi edən Azərbaycanın inkişafına töhfələr verməyi və dövlətimiz üçün layiqli vətəndaş olmalarını arzulayıb.

 

Sonda məktəbin il ərzində dünya, Avropa və başqa beynəlxalq yarışlarda nailiyyətlər qazanmış şagirdlərlə görüşüb söhbət edən Rayon İcra Hakimiyyətinin başçısı E. Allahverdiyev onlarla xatirə şəkli çəkdiriblər.

 

Mərasimdə məzunların və məktəblilərin hazırladıqları bədii kompozisiyalar, mahnılar və rəqslər təqdim olunub.

 

Sonda sonuncu zəngi çalınıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerin 100 illiyi ile bagli herbi mahnilardan ibaret konsert kecirilib
    Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı hərbi mahnılardan ib...
  • bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib
    Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azər...
bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267