Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

sahil babayev bmt nin azerbaycandaki rezident elaqelendiricisi ile gorusub

Əmək bazarında inkluzivliyin təmin olunması üçün aparılan işlərdə əlilliyi olan vətəndaşların məşğulluq imkanlarına yiyələnmələrinə daha geniş şərait yaradılması başlıca hədəflərimizdən biridir.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bunu nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai ilə nazirlikdə keçirilən görüşdə vurğulayıb.

 

S.Babayev BMT-nin İnkişaf Proqramı ilə ƏƏSMN arasında son illərdə icra olunan “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsinin əhəmiyyətindən bəhs edib. O bildirib ki, layihə SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) metodologiyasının tətbiqinə əsaslanmaqla, gənclərin əmək bazarına daha asan inteqrasiyası, onların müasir işaxtarma metodlarına malik olmalarında, sahibkarlıq, sistemli biznes, şəxslərarası şəbəkələrin qurulması, ofis işi və s. sahələrdə bacarıqlarının inkişaf etdirilməsində öz faydasını verib. SYSLAB Mərkəzlərində təlimlərdə iştirak edən gənclərin əksər hissəsi qazandıqları bilik və bacarıqlar sayəsində qısa müddətdə özlərinə iş yeri əldə ediblər. Bu sahədə müsbət nəticələr layihənin müddətinin uzadılmasına əsas verib və hazırda Gəncə və Masallıda SYSLAB Təlim-Tədris Mərkəzləri fəaliyyətini davam etdirir.

 

Nazir əlilliyi olan şəxslərin də əmək bazarına çıxışının asanlaşdırılmasına yönələn aktiv məşğulluq tədbirlərinin genişləndirilməsinin vacibliyini qeyd edib. S.Babayev bu təbəqədən olan insanların özünüməşğulluq fəaliyyətinə cəlb edilməsi üçün müvafiq işlərin aparılmasına ehtiyac olduğunu bildirib.

 

Q.İsakzai BMT İnkişaf Proqramının gənclərin və əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsi sahəsində birgə işlərin gücləndirilməsində və yeni layihələrin hazırlanaraq həyata keçirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272